Angela Merkel vidalaşdı - VİDEO

 Angela Merkel vidalaşdı -  VİDEO
  03 Dekabr 2021    Oxunub:1133
Berlində Müdafiə Nazirliyinin həyətində Almaniya kansleri Angela Merkelin səlahiyyət müddətinin başa çatması münasibətilə vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, koronavirusa görə mərasim məhdud tərkibdə keçirilib.

Ümumilikdə vida tədbirində 200-ə yaxın adam, o cümlədən Merkelin 16 il rəhbərlik etdiyi hökumətlərdə nazir vəzifəsində çalışmış 52 nəfər iştirak edib.

Merkel koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərə təşəkkür edib: "Pandemiya ilə bütün gücü ilə mübarizə aparan hər kəsə təşəkkür etmək istərdim".

Mərasimdə Angela Merkelin istəyi ilə musiqilər səsləndirilib.

Xatırladaq ki, Merkel 2005-ci ildən kansler postunu tuturdu. O, 36 yaşında ikən keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetinin ən gənc naziri olub. 1991-cı ildə qəfil baş verən bu təyinat zamanı Qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. "Forbes" jurnalına görə, Merkel 7 il ardıcıl dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edib. O, fizikdir və dəqiq elmlər üzrə ixtisaslaşan ilk hökumət başçısı hesab olunur.


Pərvanə Sultanova
AzVision.az




Teqlər: Angela-Merkel  



Xəbər lenti