Qəddafinin oğlu seçkilərdə iştirak edəcək
Seyf əl-İslam ötən həftə Liviya Ali Milli Seçki Komitəsinin hökmündən şikayət etmişdi.
Prezident seçkilərində səsvermənin birinci turunun dekabrın 24-də keçirilməsi planlaşdırılır. Buna qədər isə bir sıra mübahisəli məsələlərin həlli lazımdır. Seyf əl-İslamın namizədliyinə əlavə hüquqi etirazların olub-olmaması qeyri-müəyyən olaraq qalır.
O, tvitterdə həqiqət naminə şəxsi təhlükəsizliklərini riskə atdıqları üçün hakimlərə, tərəfdarlarına təşəkkür edib.
Qeyd edək ki, Müəmmar Qəddafi 2011-ci ildə Liviyada başlanan vətəndaş müharibəsi nəticəsində həmin ilin oktyabr ayında vəzifəsindən devrilərək, qətlə yetirilib.
Seyf əl-İslam həmin il atasına qarşı üsyan zamanı etirazçılara zorakılıq tətbiq etdiyinə görə 2015-ci ildə Tripoli məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib. Bu qərar o vaxtdan bəri Liviyadakı rəqib hakim qüvvələr tərəfindən sorğulanıb. Seyf əl-İslam, həmçinin insanlığa qarşı cinayətlərdə ittiham olunaraq Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib.
Qeyd edək ki, o, 2017-ci ildə ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


