Qayadan yıxılan hərbçi Vətən müharibəsi iştirakçısı olub - FOTOLAR

  Qayadan yıxılan hərbçi Vətən müharibəsi iştirakçısı olub -    FOTOLAR
  03 Dekabr 2021    Oxunub:2974
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hüseynov Şahin Şəmsəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

AzVision.az xəbər verir ki, əslən Gədəbəy rayonunun Qızılağac kəndindən olan Şahin Hüseynov Vətən müharibəsi iştirakçısı olub. Kəlbəcər istiqamətində noyabrın 7-də yaralanıb. O, 15 ilə yaxın Azərbaycan Ordusunda qulluq edib. Subay idi.
Şəhid hərbçimiz Azərbaycan Prezidenti İlham Əliyevin sərəcnamı ilə "Kəlbəcərin azad olunması görə" medalı ilə təltif edilib.







Şahanə Rəhimli
AzVision.az


Teqlər: Hərbçi  





Xəbər lenti