Ceyhun Bayramov və Mirzoyanın bu gün görüşü gözlənilir

Ceyhun Bayramov və Mirzoyanın bu gün görüşü gözlənilir
  03 Dekabr 2021    Oxunub:940
ATƏT-in Stokholmda keçirilən 28-ci Nazirlər Şurasının iclasında bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilə bilər.
AzVision.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının rəsmi nümayəndəsi Luk Divin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçdə görüşünün keçirilə biləcəyini bildirib.

Bu, İkinci Qarabağ müharibəsindən sonra nazirlə in dördüncü görüş olacaq.

ATƏT Nazirlər Şurasının iclası bu gün başa çatacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti