"Sonuncu dəfə mənimlə dünən danışmışdı" - Həlak olan hərbçinin yaxını

   "Sonuncu dəfə mənimlə dünən danışmışdı" -    Həlak olan hərbçinin yaxını
  03 Dekabr 2021    Oxunub:1053
"Dünən Şahinin məzuniyyəti bitdiyi üçün Kəlbəcərə hərbi hissəyə qayıtdı".

AzVision.az xəbər verir ki, bunu qayadan yıxılaraq həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Şahin Hüseynovun dayısı oğlu Cavanşir Abbaslı deyib. O, sonuncu dəfə mərhumla dünən danışdığını bildirib.
"Dünən mənimlə danışmışdı. Bildirmişdi ki, məzuniyyətini başa vurduğu üçün Kəlbəcərə yola düşür. Ondan sonra əlaqəmiz olmadı. Bu gün isə yayılan xəbər əsasında həlak olduğunu öyrəndik. İcra nümayəndəliyi hazırlıq görməyimiz üçün bizimlə əlaqə saxladı. Onların evi şəraitsiz olduğuna görə hərbçimizin nəşi Gədəbəydə babasının evindən götürüləcək. Mümkün qədər çalışacağam ki, bu gün Gəncədə keçirilən ekspertizaya çatıb prosesdə iştirak edim. Onda təfərrüatları dəqiq biləcəyik".

Qeyd edək ki, ordumuzun giziri Şahin Hüseynov Gədəbəy rayonunun Qızılağac kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib və noyabrın 7-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıbmış. Şahin hüseynov 15 ilə yaxın Daşkəsəndə qulluq edib. Subay idi.

Şəhid hərbçimiz Azərbaycan Prezidenti İlham Əliyevin sərəcnamı ilə "Kəlbəcərin azad olunması görə" medalı ilə təltif edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Hərbçi  





Xəbər lenti