Qarabağ Dirçəliş Fondunun strategiyası hazırlanır

   Qarabağ Dirçəliş Fondunun strategiyası hazırlanır
  03 Dekabr 2021    Oxunub:1171
Hazırda Qarabağ Dirçəliş Fondunun gələcək strategiyasının hazırlanması üzərində iş gedir.
AzVision.az xəbər verir ki, bunu Fondun İdarə heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, yaxın günlərdə Müşahidə Şurasının müzakirəsinə çıxarılacaq.

"Qarabağa böyük qayıdış dayanıqlı olmalıdır. Azərbaycanın gələcəyi dayanıqlı gələcəkdir. Böyük qayıdış dayanıqlı məskunlaşmadan, iqtisadi reinteqrasiyadan asılıdır. Bütün bu prinsiplərin əsasında dayanıqlılıq durur. Dayanıqlılıq da birbaşa insan kapitalı, ətraf mühit və düzgün idarəçilik prinsipi ilə əlaqəlidir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Fond   Strategiya  



Xəbər lenti