Hərbçimizə hücum edən erməni zərərsizləşdirilib

 Hərbçimizə hücum edən erməni zərərsizləşdirilib
  03 Dekabr 2021    Oxunub:985
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: MN   Erməni  





Xəbər lenti