Avropa İttifaqı miqrantalara “çıxış yolu” göstərib

   Avropa İttifaqı miqrantalara “çıxış yolu” göstərib
  03 Dekabr 2021    Oxunub:559
Belarusla Avropa İttifaqı sərhəddindəki müvəqqəti düşərgələrdə yaşayan miqrantlara yalnız regionun müəyyən ölkələrində sığınacaq istəməyə icazə verilib. Brüsselin bu qərarı barədə Avropa İttifaqının avropa həyat tərzinin müdafiəsi məsələləri üzrə komissarı Marqaritis Sxinas açıqlama verib.
AzVision.az xəbər verir ki, Marqaritis Sxinasın dediyinə görə, qaçqınlar Polşada, Latviya və Litvada sığınacaq istəyə bilərlər, vəssalam.

- Əgər onlar bu üç ölkədə sığınacaq istəməsələr, Belarusdan da bunu istəyə bilərlər. Belə ki, bu ölkə də Cenevrə konvensiyasının bir hissəsidir, - avropalı məmur deyib.

Avropa İttifaqının daxili işlər üzrə komissarı İlva Yohannson da bildirib ki, qaçqınlar hansı ölkədə yaşamaqları barədə seçim hüquqna malik deyillər.

“Əgər siz Avropa İttifaqının ərazisinə qeyri-qanuni şəkildə gəlmisinizsə və yaşadığınız ölkədə sığınacaq almaq istəmirsinizsə sizi çıxıb getməyə məcbur edə bilərlər. Yalnız öz vətənlərində qalması təhlükəli olan miqrantlar üçün istisna mövcuddur. Bu qayıdacağı halda öz ölkəsində problemlərlə üzləşə bilən şəxslərə aiddir. Məsələn, belaruslu müxalifətçilər. Lakin bu istisna müharibənin dağıtdığı Yaxın Şərq ölkələrindən gələn qaçqınların çoxuna şamil edilməyəcək. Çünki, əgər onlar Avropa İttifaqına qanunsuz gəliblərsə, deməli harada sığınacaq istəmək hüquqları da yoxdur”, - İlva Yohannson vurğulayıb.

Polşa isə artıq 3 gündür ki, xüsusi razılıq olmadan öz həmsərhəd bölgəsinə girişə 3 aylıq qadağa qoyub. Gələn ilin martınadək qüvvədə olacaq bu qadağa həmsərhəd rayonların 183 şəhər və kəndlərinə şamil ediləcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Avropa   qaçqınlar  





Xəbər lenti