Füzulidə karantin nöqtələri yaradılacaq

 Füzulidə karantin nöqtələri yaradılacaq
  03 Dekabr 2021    Oxunub:1586
"Heyvandarlıq sahəsində diri və heyvan mənşəli məhsulların ixrac yönümlülüyünün təşkili məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə birgə işlər aparılır".
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" panelində çıxışı zamanı deyib.Onun sözlərinə görə, bu işlər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilir:

"İndiki halda Füzuli rayonu ərazisində giriş karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiya edilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır. Qarabağda kənd təsərrüfatının inkişafı bütün ölkənin inkişafına müsbət təsir göstərəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər: Heyvan   Qarabağ  





Xəbər lenti