Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarışa başlanılıb
M.Babayevbildirib ki, Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin “Cengiz Holding” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb:
"İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir. Bu eyni zamanda həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək".
AzVision.az
Teqlər: Kəlbəcər