Qarabağda 11 avtomat hidroloji stansiya qurulur

Qarabağda 11 avtomat hidroloji stansiya qurulur
  03 Dekabr 2021    Oxunub:2642
"Son 30 il ərzində bu regionda hidrometeoroloji məntəqələrdə müşahidələr dayandırılıb və infrastruktur tamamilə sıradan çıxarılıb. Tezliklə bu müşahidələrin müasir avtomat müşahidə sistemlərinin tətbiqi ilə bərpası planlaşdırılır".
AzVision.az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə deyib. Onun sözlərinə görə, artıq 11 avtomat hidroloji stansiyanın qurulması işlərinə başlanılıb:

"Hidrometeoroloji təhlükəsizliyi təmin etmək məqsədi ilə radar müşahidə sistemlərinin qurulması da təmin olunacaq. Həmçinin kompleks meteoroloji müşahidələrin bərpası üçün xüsusi cihaz və avadanlıqlarla təchiz olunmuş mobil stansiya məntəqələri qurulacaq. Həmin ərazilərdə radioloji və radioekoloji şəraitin öyrənilməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə monitorinqlər aparılır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti