Nazirliyin əhaliyə verdiyi heyvanlar sığortalanır

   Nazirliyin əhaliyə verdiyi heyvanlar sığortalanır
  03 Dekabr 2021    Oxunub:559
Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara təqdim edilən iribuynuzlu heyvanların Aqrar Sığorta Fondu vasitəsilə sığortalanması prosesinə başlanılıb.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə özünüməşğulluq proqramı əsasında yaradılmış təsərrüfatların sahibləri ilə görüşündə deyib.

O bildirib ki, artıq bu il 4200 vətəndaşa təqdim edilən 12,6 mindən çox iribuynuzlu heyvanın sığortalanması həyata keçirilib: "2022-ci ildən isə kənd təsərrüfatı istiqaməti üzrə vətəndaşlara təqdim edilən bütün aktivlərin sığortalanması nəzərdə tutulur. Sığortalanma prosesindən sonra bir illik müqavilə müddətində öncədən müəyyən edilmiş sığorta hadisəsi baş verərsə, vətəndaş yeni aktivlərlə təmin ediləcək. Burada məqsəd işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir".

AzVision.az


Teqlər: ƏƏSMN   Sığorta  





Xəbər lenti