Altı ayda xəstəxanalara 161 min nəfər müraciət edib

   Altı ayda xəstəxanalara 161 min nəfər müraciət edib
  03 Dekabr 2021    Oxunub:598
“Ötən il xəstəxanalara müraciət edən xəstələrin sayı 180 min nəfər olduğu halda, bu ilin ilk 6 ayı ərzində 161 min nəfər xəstəxanaya müraciət edib”.
AzVision.az xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov “Xəstəxanalarda sığorta fəaliyyətinin təşkilinə nəzarət” mövzusunda çıxış edərkən deyib. Onun sözlərinə görə, bu, İcbari Tibbi Sığortanın əlçatanlığını göstərir:

“Bu, həmçinin vətəndaşın dövlət tibb müəssisələrinə daha da yaxınlaşmasına gətirib çıxarıb”.

AzVision.az


Teqlər: Xəstəxana  





Xəbər lenti