"Minalanma bərpa işlərinin aparılmasını məhdudlaşdırır" - Nazir

   "Minalanma bərpa işlərinin aparılmasını məhdudlaşdırır" -    Nazir
  03 Dekabr 2021    Oxunub:1372
"İqlim prosesləri sərhəd tanımır. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz".
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.  

Nazir bildirib ki, bu baxımdan region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlığını təmin etmək üçün “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platformasının yaradılması” nəzərdən keçirilir:

"Qarabağda ərazilərin böyük hissəsinin minalanması genişmiqyaslı monitorinq və bərpa işlərinin aparılmasında imkanlarımızı məhdudlaşdırır. Minalardan təmizləmə prosesi sürətləndikdən sonra bərpa işləri daha intensiv şəkildə aparılacaq".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti