Macarıstan və Çexiya Polşaya hərbçi göndərir

Macarıstan və Çexiya Polşaya hərbçi göndərir
  03 Dekabr 2021    Oxunub:810
Macarıstan və Çexiya Polşa ilə Belarus arasındakı sərhədə öz hərbçilərini göndərməyi planlaşdırır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak dekabrın 3-də jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda Polşa hərbçilərinin dəstəklənməsi ilə bağlı Çexiya və Macarıstanın hərbi səlahiyyətliləri ilə danışıqlar aparılır”, - nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarusla sərhədi qorumağa yardım üçün Polşaya Böyük Britaniya və Estoniyadan hərbi tağımların gəldiyinə dair məlumat yayılmışdı.

AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti