Azərbaycan və Türkiyə hərbi pilotları təlim keçiriblər - VİDEO

   Azərbaycan və Türkiyə hərbi pilotları təlim keçiriblər -    VİDEO
  03 Dekabr 2021    Oxunub:656
Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən məlumat verilib.

Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

“Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.







AzVision.az


Teqlər:





Xəbər lenti