30 noyabr şəhidlərinin ailələrinə veriləcək ödənişlər açıqlanıb
Onun sözlərinə görə, şəhid statusu üçün nəzərdə tutulan bütün ödənişlər – müavinət, kompensasiya, pensiya, təqaüdlər onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı həyata keçiriləcək.
"Eyni zamanda, bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq. Artıq nazirliyin Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə işlərə başlayıb. Həmin ailələrin sənədlərinin toplanmasına başlanılıb”, - nazir qeyd edib.
AzVision.az
Teqlər: Sahil-Babayev