Baydenin səhhətində problem yaranıb

Baydenin səhhətində problem yaranıb
  03 Dekabr 2021    Oxunub:941
ABŞ prezidenti Cozef Baydenin səhhətində problem yaranıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Bayden yaş yarımlıq nəvəsinin soyuqdəyməsi olduğunu və ondan xəstəlik keçdiyini, səsinin tutulduğunu deyib.

“Mən yaxşıyam, hər gün COVID-19 testindən keçirəm. Soyuqdəyməsi olan yaş yarım nəvəm var və o, babasını öpməyi sevir. Bu, sadəcə soyuqdəymədir”, - Amerika lideri söyləyib.

Noyabrın sonlarında Ağ Ev Co Bayden haqqında tibbi hesabat açıqlayıb. Müayinəni aparan həkim 79 yaşlı prezidentin öz vəzifəsinə yararlı olduğunu bildirsə də, müəyyən edilmiş bir sıra problemləri qeyd edib. Belə ki, kolonoskopiya zamanı Ağ Ev rəhbərinin bağırsaqlarında diametri üç millimetr olan xoşxassəli polip aşkar edilib.

AzVision.az



Teqlər: Co-Bayden  





Xəbər lenti