"Omikron" ştammı 38 ölkədə aşkar edilib" - ÜST

"Omikron" ştammı 38 ölkədə aşkar edilib" -    ÜST
  03 Dekabr 2021    Oxunub:742
Koronavirusun "Omikron" ştammı indiyədək 38 ölkədə aşkar edilib.
AzVision.az xəbər verir ki,bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove deyib.

Onun sözlərinə görə, söhbət ÜST-ün bütün altı regionunda yerləşən dövlətlərdən gedir. Cənubi Afrikadan gələn məlumatlara görə, orada virusa yoluxanların sayı artır:

"Omikron ştammının daha yüksək yoluxucu olduğu ehtimalı var. Amma hələ də dünyada üstünlük təşkil edən “Delta” variantı ilə müqayisədə onun nə dərəcədə yoluxucu olduğunu bilməliyik".

AzVision.az



Teqlər: ÜST   Omikron  





Xəbər lenti