On bir amerikalı diplomatın telefonu sındırılıb - KİV

On bir amerikalı diplomatın telefonu sındırılıb -    KİV
  03 Dekabr 2021    Oxunub:683
“Apple” şirkəti 11 amerikalı diplomata onların "iPhone" markalı telefonlarının sındırılması barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Bildirilib ki, “iPhone” telefonları İsrailin tanınmış “NSO Group” firmasının casus proqramından istifadə edilməklə sındırılıb.

"Apple" keçən ay “NSO Group”un proqram təminatından, xidmətlərindən və cihazlarından hər hansı istifadəsinə daimi qadağa tələbi ilə məhkəməyə müraciət edib.

AzVision.az



Teqlər: Apple  





Xəbər lenti