İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb

   İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb
  04 Dekabr 2021    Oxunub:469
Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az -a bildirilib ki, bu tutulma tam Günəş tutulmasıdır. Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir. Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur.

AzVision.az



Teqlər:





Xəbər lenti