ABŞ xarici rəsmilərə yeni sanksiyalar tətbiq edəcək

ABŞ xarici rəsmilərə yeni sanksiyalar tətbiq edəcək
  04 Dekabr 2021    Oxunub:1023
ABŞ “Demokratiya sammiti”nə hazırlıq çərçivəsində bir sıra xarici rəsmilərə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” və “The Wall Street Journal” Ağ Ev administrasiyasına istinadən məlumat yayıb.

Mənbələr konkret adlar çəkmirlər, lakin alınan məlumata görə, məhdudiyyətlər insan haqlarının pozulması və korrupsiya iddiası ilə Maqnitski Aktına düşənlər də daxil olmaqla bir çox dövlət məmurlarını əhatə edəcək.

Qeyd olunur ki, qarşıdan gələn sammit çərçivəsində ABŞ prezident administrasiyasının rəsmiləri digər dövlətləri də yeni məhdudiyyətlərə qoşulmağa razı salmağa ümid edirlər.

Tədbirin 9-10 dekabr tarixlərində keçiriləcək. Sammitdə 110 ölkə iştirak edəcək. Rusiya, Türkiyə, Çin və bir sıra digər dövlətlər qonaqlar siyahısına daxil edilməyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti