Rusiyanın Ermənistandakı səfiri geri çağırılacaq - KİV

Rusiyanın Ermənistandakı səfiri geri çağırılacaq -    KİV
  04 Dekabr 2021    Oxunub:665
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yaxın vaxtlarda geri çağırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Kopırkin 2018-ci ilin aprelində Ermənistana səfir təyin edilib, düzdür, diplomatlarla əmək müqaviləsi 3 il müddətinə bağlanır. Kopirkinin fəaliyyətinin də 3 ili tamam olub. Lakin dövlət öz nümayəndəsindən razıdırsa, adətən müqavilə uzadılır. Rusiya səfirləri isə heç bir fövqəladə hal olmadığı tədirdə, olduqları ölkələrdə öz işlərinə davam edirlər", - məlumatda deyilir.

Nəşr qeyd edib ki, səfirdən müəyyən narazılıqların olduğu istisna deyil və bu da onun geri çağırımasına səbəb olacaq.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Rusiya   səfir   Ermənistan  





Xəbər lenti