"Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər"- Sarkisyan

  "Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər"-   Sarkisyan
  04 Dekabr 2021    Oxunub:796
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi hələ də cavabsız qalıb. İrəvanda radikal düşüncəli siyasətçilər, politoloqlar bunu özləri üçün arzuolunmaz hal saysalar da, yerli media dəfələrlə ölkə rəhbərliyinin sülhdə maraqlı olmasını gizlətmədiyini yazıb.
AzVision.az xəbər verir ki, beynəlxalq məsələləri araşdıran erməni ekspert Suren Sarkisyan artıq bəzi səfirlərinin bu istiqamətdə təhlükəli addımlar atmağa başladığını deyib.

Uşaq bağçasına dönən ordu: Papikyan kütləvi ixtisarlara hazırlaşır
- Ermənistanın xarici ölkələrdəki bəzi səfirləri çox təhlükəli tezislər irəli sürürlər. Xüsusilə də, fəaliyyət göstərdikləri ölkələrin hakimiyyət orqanları ilə görüşərkən onlardan sülh dövrünün açılması üçün kömək istəyirlər. Yəni deyirlər ki, "Dağlıq Qarabağ problemi" başqa cür həll olunub, "Artsax"(İşğala qədər Qarabağda mövcud olmuş keçmiş qondarma rejim-red.) artıq Ermənistanın prioritet məsələsi deyil. Gördüyünüz kimi, bu elə rəsmi Bakının da tezisidir.

Həmin ölkələrdə bu, İrəvanın Qarabağdan tamamilə imtina etməsi mövqeyi kimi qəbul edilir. Onlar səfirlərimizin məlum mövqeyinə reaksiya kimi adətən belə cavab verirlər: “Yaxşı, artıq Qarabağa ehtiyacınız yoxdursa, diqqətinizi başqa məsələlərə yönəldək”,-erməni ekspert deyib.

O bu cavabı belə qiymətləndirib ki, həmin xarici ölkələr heç olmasa Qarabağda ermənilərin hazırda yaşadığı hissələrin qorunub saxlanmalı olduğunu açıq şəkildə bildirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Səfir   Ermənistan   Qarabağ  





Xəbər lenti