“Omikron” COVİD-19 pandemiyasını bitirə bilər

 “Omikron” COVİD-19 pandemiyasını bitirə bilər
  04 Dekabr 2021    Oxunub:1862
Rusiyanın Qamaleyi adına epidemiologiya və mikrobiologiya mərkəzinin professoru, virusoloq Anatoli Alşteyn koronavirusun “omikron” ştammının yayılmasının COVİD-19 pandemiyasının bitməsinə gətirib çıxara biləcəyini istisna etmir. Rusiyalı alim bu ehtimalı “Sputnik” radiosuna müsahibəsində səsləndirib.
AzVision.az xəbər verir ki, Anatoli Alşteyn “omikron”un yeni ilə qədər yayılmağa imkan tapmayacağını söyləyib.
“Məsələn, “delta” ştammı 2020-ci ilin payızında meydana çıxsa da, yalnız 2021-ci ilin may-iyul aylarında yayılmağa başladı.

Yəni, yayılmaq üçün virusa yarım il lazım oldu. Əgər hətta “omikron” daha güclü yoluxma potensialına malik olsa və bütün dünyada yayılsa belə, bu indikindən daha zəif, bəlkə də həddən çox zəif xəstəlik olacaq. İndi xəstələnənlərin təxminən 3%-i ölür. Əgər “omikron” ştammı həqiqətən də yayılarsa, çox yəqin ki, onun patogenliyi (virusun xəstələnməyə səbəb olması) səviyyəsi aşağı düşəcək. Əgər ölüm sayına görə koronavirus adi qrippdən ölənlərin sayı ilə uzlaşarsa, onda pandemiyanın bitdiyini hesab edə bilərik”,
- professor Alşteyn ümidli olduğunu deyib.

Yeri gəlmişkən, bir müddət əvvəl Rusiyanın Federal tibbi-bioloji agentliyinin baş infeksionisti professor Vladimir Nikiforov da analoji mövqe sərgiləmişdi.
- Düşünürəm ki, bu, yaşadığımız kabusun sonunun başlanğıcı ola bilər. Düşünmək istiyərdim ki, bu virusun geri çəkilməsindən xəbər verən ilk zəngdir, - rusiyalı provessor vurğulayıb.

Hələlik isə, “omikron”un artıq 30 ölkədə, o cümlədən də Rusiyada aşkarlandığı bildirilir. Böyük Britaniya isə ölkədə yeni ştamma yoluxanların təxminən yarısının vaksinləşmə prosedurunu tam şəkildə keçənlərin payına düşdüyünü açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti