Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzaladı

   Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzaladı
  04 Dekabr 2021    Oxunub:1433
Prezident Rəcəb Tayyib Ərdoğan "Türkiye" brendi ilə bağlı müvafiq qərar imzalayıb.
AzVision.az xəbər verir ki, qərara əsasən, "Türkiye” brendi milli və beynəlxalq müstəvidə ölkənin markası olaraq qəbul edilib.

Bundan sonra həm milli, həm də beynəlxalq səviyyədə bütün rəsmi fəaliyyət və yazışmalarda “Türkiye” ifadəsi istifadə ediləcək.

Vurğulanıb ki, “Türkiye” markası türk millətinin mədəniyyət, sivilizasiya və dəyərlərini ən yaxşı şəkildə təmsil və ifadə edir: "Bu baxımdan ixrac edilən məhsullarımızda “Made in Turkey” deyil, “Made in Türkiye” ifadəsindən istifadə edilməyə başlanacaq.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Türkiyə  





Xəbər lenti