6200 uşaq sosial reabilitasiyaya cəlb edilib

   6200 uşaq sosial reabilitasiyaya cəlb edilib
  04 Dekabr 2021    Oxunub:286
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə 6200 uşaq cəlb edilib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, layihə üzrə Bakının rayonları da daxil olmaqla 62 rayon və şəhərdə fəaliyyət göstərən sosial reabilitasiya mərkəzlərində autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar reabilitasiya xidmətləri ilə təmin edilir. Həmçinin bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır.

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.







AzVision.az

Teqlər: Uşaq  







Xəbər lenti