2141 imtiyazlı şəxs bərpa-müalicə prosedurlarına cəlb olunub

2141 imtiyazlı şəxs bərpa-müalicə prosedurlarına cəlb olunub
  04 Dekabr 2021    Oxunub:506
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 39 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salınan şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq “Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər.

Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci ilin ötən dövründə Vətən müharibəsi əlilləri də daxil olmaqla ümumilikdə 2141 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq bərpa-müalicə prosedurlarına cəlb olunublar.

AzVision.az



Teqlər: Müalicə  





Xəbər lenti