Britaniya alimləri pandemiyanın bitəcəyi tarixi açıqlayıblar

Britaniya alimləri pandemiyanın bitəcəyi tarixi açıqlayıblar
  04 Dekabr 2021    Oxunub:560
Koronavirus ən azı 2026-cı ilə qədər ciddi təhlükə yaradacaq. Bu, Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupunun (SAGE) gəldiyi nəticədir.
AzVision.az xəbər verir ki, SAGE-nin açıqlamasına görə, SARS-CoV-2 ən azı beş il səhiyyə sistemini təhdid etməyə davam edəcək.

Eyni zamanda virus, beş il ərzində peyvənd və məlumatların monitorinqi vasitəsilə aktiv şəkildə nəzarət tələb edəcək.

Mütəxəssislərin fikrincə, peyvəndləmə və xəstəliyin yayılmasının ümumi qarşısının alınması üçün tədbirlər kifayət qədər effektiv olmasa, bu müddət arta bilər.

Həmçinin, Britaniya alimləri müəyyən ediblər ki, Avropanın qalan hissəsi ilə müqayisədə ölkədə xəstələnmə hallarının artması ilə bağlı vəziyyət sabitləşib ki, bu da geniş peyvənd kampaniyası sayəsində əldə edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Virus  





Xəbər lenti