Ukraynanın daxili işlər naziri çıxarıldı

Ukraynanın daxili işlər naziri çıxarıldı
  01 Aprel 2014    Oxunub:1196
Ukraynada sağçıların lideri Aleksandr Muziçkonun ölümünün araşdırılması ilə əlaqədar yaradılan müvəqqəti İstintaq komissiyasının iclasında daxili işlər naziri Arsen Avakovun vəzifəsindən müvəqqəti kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib.

İclasda iştirak edən sağçıların nümayəndə heyəti Aleksandr Muziçkonun ölüm faktının araşdırılmasında Arsen Avakovun şəxsi maraqlarını güddüyünə görə işindən azad edilməsini tələb edib. Komissiya sədri Yuri Derevyanko Arsen Avakovun 2014-cü il aprelin 25-dək vəzifəsindən azad ediləcəyini bildirib.

Sağçıların nümayəndə heyətinin 6 üzvü komissiyanın iclasında Avakovla bağlı səsləndirilən fikirlərin onun daxili işlər naziri vəzifəsindən tamamilə azad edilməsinə səbəb ola biləcəyini də bəyan edib. Qeyd edək ki, Ukraynada ultra-millətçi lider Aleksandr Muziçko bir neçə gün öncə güllələnərək öldürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti