Prezident finlandiyalı həmkarını təbrik edib

   Prezident finlandiyalı həmkarını təbrik edib
  04 Dekabr 2021    Oxunub:528
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.
AzVision.az -ın xəbərinə görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti