Aİ ölkələri Əfqanıstanda birgə diplomatik nümayəndəlik aça bilər

Aİ ölkələri Əfqanıstanda birgə diplomatik nümayəndəlik aça bilər
  04 Dekabr 2021    Oxunub:372
"Fransa və bir sıra digər Avropa İttifaql (Aİ) ölkələri “Taliban”ı rəsmi orqan kimi tanımadan Əfqanıstanda birgə diplomatik nümayəndəliyin açılması ilə bağlı danışıqlar aparır".
AzVision.az Reuters” istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Biz, bir neçə Avropa ölkəsi ilə Avropa səfirlərinin fəaliyyət göstərə biləcəyi ümumi bir yer təşkil etməyi düşünürük. Bu addım siyasi tanınma və ya "Taliban"la siyasi dialoqdan fərqlidir. Biz ən qısa zamanda nümayəndəlik açmağa çalışacağıq", - Fransa lideri deyib.

Əlavə edib ki, diplomatik nümayəndəlik açmaq üçün təhlükəsizliklə bağlı məsələləri həll etmək lazım gələcək.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Əfqanıstan    







Xəbər lenti