ABŞ "Əl-Qaidə"nin mövqelərinə zərbə endirib

ABŞ "Əl-Qaidə"nin mövqelərinə zərbə endirib
  04 Dekabr 2021    Oxunub:675
Birləşmiş Ştatlar Suriyada "Əl-Qaidə" terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Zərbələrin hədəfi terror təşkilatının yüksək rütbəli üzvü olub.
AzVision.az xəbər verir ki, bu barədə “Fox News” ABŞ Mərkəzi Komandanlığının kapitanı Bill Urbana istinadən məlumat yayıb.

"ABŞ qüvvələri dekabrın 3-də Suriyanın İdlib bölgəsinə "Əl-Qaidə"nin yüksək rütbəli lideri və təşkilatçısına qarşı yönəlmiş hava zərbələri endirib. Mülki şəxslər arasında itkilər ola bilər, bununla bağlı araşdırma aprılır. Aviazərbələr MQ-9 PUA-ları ilə həyata keçirilib", - Urban deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Suriya   zərbə  





Xəbər lenti