ABŞ-da 4 nəfəri öldürən məktəblinin valideynləri tutuldu

ABŞ-da 4 nəfəri öldürən məktəblinin valideynləri tutuldu
  04 Dekabr 2021    Oxunub:516
ABŞ-ın Oksford şəhərindəki (Miçiqan ştatı) məktəbdə odlu silahdan atəş açaraq dörd nəfəri qətlə yetirən məktəblinin valideynləri həbs olunub.
AzVision.az xəbər verir ki, yeniyetmənin valideynləri Ceyms və Cennifer Krambliyə qarşı ttiham irəli sürülsə də, ər-arvad məhkəməyə gəlməmiş və ədalət mühakiməsindən yayınmağa cəhd göstərmişdilər.

Prokurorluğun məlumatına görə, onların 15 yaşlı oğlu atasının silahını götürərək məktəbə gəlib. O, dörd nəfəri öldürüb və yeddi nəfəri yaralayıb. İttiham tərəfi israr edir ki, ata və ana oğlanlarının davranışlarına məhəl qoymayıb və aqressivliyə meyillik əlamətlərinə fikir verməyiblər.

Oğlanın özü isə terrorizmdə, qəsdən adam öldürməkdə, adam öldürməyə cəhd göstərməkdə, qanunsuz silah gəzdirməkdə ittiham olunur.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti