Ağ Ev Baydenlə Putinin görüşəcəyini təsdiqləyib

   Ağ Ev Baydenlə Putinin görüşəcəyini təsdiqləyib
  04 Dekabr 2021    Oxunub:805
Ağ Ev Bayden və Putin arasında baş tutacaq görüşü təsdiq edib. Dekabrın 7-də ABŞ və Rusiya prezidnetləri Cozef Bayden və Vladimir Putin arasında videozəng formatında görüş keçiriləcək.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.

Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.

AzVision.az



Teqlər: Bayden   Putin  





Xəbər lenti