Özbəkistan Prezidenti Əfqanıstanla dialoqun zərurətindən danışıb

Özbəkistan Prezidenti Əfqanıstanla dialoqun zərurətindən danışıb
  04 Dekabr 2021    Oxunub:866
Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi onun inkişafı üçün yol açacaq, həmçinin regional və beynəlxalq əhəmiyyətli iri iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün yeni strateji imkanlar yaradacaq.
AzVision.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Kazakhstanskaya Pravda” qəzetinə müsahibəsində deyib.

“Əgər əlaqələndirilmiş effektiv tədbirlər görülməsə, Əfqanıstan uzun müddət regional təhlükəsizliyə yeni çağırışlar və təhdidlər mənbəyi olaraq qala bilər", - dövlət başçısı qeyd edib.

Mirziyoyev Avrasiya ilə Cənubi Asiya, Şərqi və Qərbi Asiya arasında təbii quru körpüsü olan Əfqanıstanın trans-regional əlaqələrin təşviqində əhəmiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, Əfqanıstanın iqtisadi cəhətdən yenidən qurulması burada davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün əvəzsiz şərtdir.

“Bu baxımdan vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün yeni hakimiyyətlə dialoqu inkişaf etdirmək, əfqan xalqına sosial-iqtisadi və humanitar yardımı davam etdirmək lazımdır. Əfqanıstanda genişmiqyaslı humanitar böhranın, onun beynəlxalq təcrid olunmasının qarşısını almaq son dərəcə vacibdir”, - Özbəkistan lideri vurğulayıb.

AzVision.az



Teqlər: Özbəkistan   Əfqanıstan  





Xəbər lenti