İndoneziyada püskürən vulkan 40-dan çox insanı yandırıb

İndoneziyada püskürən vulkan 40-dan çox insanı yandırıb
  04 Dekabr 2021    Oxunub:736
İndoneziyanın Yava adasının şərqində Semeru vulkanının püskürməsi nəticəsində bir nəfər ölüb, 41 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
AzVision.az xəbər verir ki, bu barədə "Channel News Asia" məlumat yayıb.

Kanalın məlumatına görə, bütün zərərçəkənlər ən yaxın xəstəxanalara çatdırılıb.

Cavabdeh qurumların nümayəndələri vulkana bitişik ərazilərin əhalisini evakuasiya edib.

Vulkan atmosferə böyük miqdarda kül buraxıb.

AzVision.az



Teqlər: İndoneziya   Vulkan  





Xəbər lenti