İsraillini bıçaqlayan fələstinli güllələnib

İsraillini bıçaqlayan fələstinli güllələnib
  04 Dekabr 2021    Oxunub:1074
Yerusəlimdə (Qüds) fələstinli israilliyə hücum edərək onu bıçaqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bıçaqlanan şəxsin İsrail dini icmasının 20 yaşlı üzvü olduğu bildirilir.

Polis cavab atəşi ilə fələstinlini zərərsizləşdirib.

“Kan” radiosunun məlumatına görə, hücum edən 25 yaşlı fələstinli aldığı xəsarətlər nəticəsində həyatını itirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.

İsrail mediası fələstinlinin İordan çayının qərb sahilindəki Salfit kənd sakini olduğunu yazır.

AzVision.az



Teqlər: İsrail   Fələstin  





Xəbər lenti