Türkiyə Putin ilə Zelenski arasında dialoq yarada bilər
İ. Kalın deyib ki, rəsmi Ankara Donbasda hərbi qarşıdurmaya və müharibəyə səbəb ola biləcək proseslərə qarşıdır:
“Biz Donbas da daxil olmaqla, regionda hərbi qarşıdurma və müharibəyə səbəb olacaq proseslərə qarşıyıq, bunu həmişə bəyan etmişik. Gərginliyin azaldılması üçün bütün tərəflərin konkret məsuliyyət sahələri var. Rusiyanın, Ukraynanın, NATO və Qərb bloku ölkələrinin atmalı olduğu addımlar var. Yəni bu, təxribatlarla gərginliyin artması prosesinə çevrilməməlidir. Münaqişə olarsa, hamı əziyyət çəkəcək, Ukrayna artıq bu son münaqişələrdən ağır zərbə alıb. Əgər Türkiyə bu prosesdə vasitəçi və ya təşəbbüskar rolunu oynayırsa, prezidentimiz də məmnuniyyətlə bu prosesdə rol oynayacaq”.
AzVision.az
Teqlər: Ərdoğan Putin Zelenski