Keniyada avtobus çaya düşdü, 20 nəfərin öldü

Keniyada avtobus çaya düşdü, 20 nəfərin öldü
  04 Dekabr 2021    Oxunub:577
Keniyada su basmış körpüdən keçməyə cəhd göstərən avtobusun çaya düşməsi nəticəsində azı 20 nəfər həlak olub.
AzVision.az yerli mediaya istinadla xəbər verir ki, avtobusda toya gedən adamlar olub. Yerli portalda yerləşdirilən videoda avtobusun Enziu çayı üzərindəki su basmış körpüdən keçməyə cəhd göstərdiyi görünür. Körpünün qurtaracağında avtobus gözlənilmədən yoldan sürüşərək yanı üstə çaya düşür və suyun dərinliyinə enir.

Güclü axın hadisə yerində aparılan xilasetmə əməliyyatlarına mane olub.

AzVision.az



Teqlər: Keniya   Qəza  





Xəbər lenti