İranda COVID-19-dan daha 76 nəfər ölüb

İranda  COVID-19-dan daha 76 nəfər ölüb
  05 Dekabr 2021    Oxunub:875
İranda son sutka ərzində 76 nəfər koronavirusdan ölüb.
AzVision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 130 200 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 3109 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə,yoluxanların ümumi sayı 6 milyon 125 min 596 nəfərə çatıb.

Reanimasiya şöbələrində COVID-19 diaqnozu qoyulan 3249 xəstə müalicə olunur.

83 milyon əhalisi olan ölkədə peyvəndin birinci dozasını 58 milyon 94 min 169 nəfər, ikinci dozanı 48 milyon 149 min 791 nəfər, üçüncü dozanı isə 1 milyon 287 min 811 nəfər qəbul edib.

AzVision.az



Teqlər: İran   virus  





Xəbər lenti