Belarus Ukraynaya etiraz notası təqdim edib

Belarus Ukraynaya etiraz notası təqdim edib
  05 Dekabr 2021    Oxunub:803
Belarusun Müdafiə Nazirliyi dövlət sərhədinin pozulması ilə bağlı Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib. AzVision.az xəbər verir ki, bu barədə bazar günü Belarus Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
"Ukrayna tərəfindən hava məkanında Belarus Respublikasının dövlət sərhədinin pozulması hallarının artması ilə əlaqədar ona etiraz notası təqdim edilib”, - deyə məlumatda deyilir.

Bildirilir ki, Ukraynaya məxsus Mi-8 tipli helikopteri dekabrın 4-də hava məkanında Belarusun dövlət sərhədini pozub.

Belarus tərəfi hərbi attaşeyə məlumat verib ki, “Ukrayna tərəfi həm beynəlxalq hərbi əməkdaşlıq, həm də silahlara nəzarət baxımından mübahisəli məsələlərin həlli üçün dialoqdan yayınır ki, bu da çox narahatedicidir”.

“Bu faktların məcmusu Belarus Respublikasının cənub istiqamətində təhlükəsizliyinə təhdid ehtimalını göstərə bilər”, - deyə Belarus Müdafiə Nazirliyi bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Belarus  



Xəbər lenti