ABŞ 500-ə yaxın nüvə bombası istehsal ediləcək

ABŞ 500-ə yaxın nüvə bombası istehsal ediləcək
  06 Dekabr 2021    Oxunub:702
ABŞ 2025-ci ilə qədər B61-12 modifikasiyasında 480 yeni taktiki nüvə bombası istehsal edəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Alimlər Federasiyası məlumat yayıb.

Bombalar ABŞ Hərbi Hava Qüvvələrinin və NATO üzvü olan digər ölkələrin F-35A, F-15E və F-16C/D, F/A-18 və Tornado taktiki qırıcı-bombardmançı təyyarələrini təchiz etmək üçün nəzərdə tutulub.

B61-12 nüvə bombaları B61-3, 4, 7 10 və 11 sursatlarının əvvəlki versiyalarının modifikasiyasıdır. Onlar B-2 Spirit strateji gizli bombardmançıları və B-21 Raider-i təchiz etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ABŞ-ın taktiki aviasiyada istifadə üçün 150-dək nüvə bombası var.


AzVision.az


Teqlər: Silah  



Xəbər lenti