Rəisi Azərbaycan-Türkmənistan qaz müqaviləsindən danışıb

Rəisi Azərbaycan-Türkmənistan qaz müqaviləsindən danışıb
  06 Dekabr 2021    Oxunub:452
"Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər".
AzVision.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi yerliKİV-lərə açıqlamasında deyib.

Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb: “Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”.

O əlavə edib ki, İran limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti