Myanmanın sabiq dövlət müşaviri 4 il həbs cəzası alıb

Myanmanın sabiq dövlət müşaviri 4 il həbs cəzası alıb
  06 Dekabr 2021    Oxunub:556
Myanma hakimiyyəti ölkənin sabiq dövlət müşaviri Aun San San Su Çjini ordu arasında parçalanma salmaqda, koronavirusun qarşısının alınması ilə bağlı qaydaları pozmaqda ittiham edərək 4 il həbs cəzasına məhkum edib.
AzVision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

2021-ci il fevralın 1-də Myanma ordusu bir illik fövqəladə vəziyyət elan edib, ölkə rəhbərliyinin, o cümlədən prezident Vin Myin və dövlət müşavirinin istefasını elan edib. Ordu rəsmiləri bunu 2020-ci ilin noyabrında keçirilən parlament seçkilərində müşayiət olunan irimiqyaslı saxtakarlıqla əlaqələndiriblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Myanma  



Xəbər lenti