ABŞ-ın ermənipərəst sabiq senatoru öldü

ABŞ-ın ermənipərəst sabiq senatoru öldü
  06 Dekabr 2021    Oxunub:657
ABŞ-ın keçmiş respublikaçı senatoru, prezidentliyə namizəd olmuş, ermənipərəst Bob Doul 99 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Elizabet Doulun fondu elan edib.

Sabiq senatorun ölüm səbəbi açıqlanmayıb.

Bu ilin fevral ayında Doul ona bədxassəli ağciyər şişi diaqnozu qoyulduğunu bildirmişdi. Ehtimal olunur ki, ölümə səbəb də budur.

Qeyd edək ki, Doul ermənilərin aktiv müdafiəçisi olub. O, qondarma “erməni soyqırımı”nın tanınması üçün lobbiçilik edib. 2019-cu ildə Ermənistan prezidenti Armen Sarkisyan onu Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsi və inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ   Senator  



Xəbər lenti