Prokurorluğun bir qrup əməkdaşı Rusiyada olub
Nümayəndə heyətinin üzvləri Rusiya Federasiyası Baş Prokurorluğunun Mülki Mühakimə Baş İdarəsi və onun tərkibində olan Mülki, İnzibati və Arbitraj İşlərində Məhkəmə Baxışlarında Prokurorların İştirakının Təmin Edilməsi İdarəsinin, Federal Qanunvericiliyin İcrasına Nəzarət Baş İdarəsinin Azyaşlıların Hüquq, Azadlıqlarının və Maraqlarının Təmin Edilməsi İdarəsinin, Hüquqi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin və digər struktur qurumlarının rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirmişlər. Rusiya Federasiyasında ictimai maraqların, xüsusilə də ətraf mühitin qorunması və əhalinin həssas qruplarının maraqlarının qorunması, bu məqsədlə mülki iddiaların qaldırılması, inzibati icraatların başlanması təcrübəsi öyrənilib, hüquqi ədəbiyyat və informasiya resurslarından davamlı istifadə edilməsi məsələsi müzakirə olunub.
Eyni zamanda nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin ətraf mühitin qorunması, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunması məqsədilə gördüyü işlər, mövcud qanunvericiliyin tələbləri barədə rusiyalı həmkarlarına məlumat veriblər.
Daha sonra, Rusiya Federasiyasının Baş Prokurorluğunun əməkdaşlarına cinayət təqibindən kənar icraatlar sahəsində prokuror fəaliyyəti üzrə toplanmış təcrübənin öyrənilməsinin zəruriliyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, xüsusilə şəffaflığın və cavabdehliyin təmin edilməsi məqsədilə mütərəqqi Avropa və dünya standartlarının tətbiqi istiqamətində görülmüş tədbirlər Rusiya Federasiyası Baş Prokurorluğunda xüsusi maraqla qarşılanmışdır. “Əməkdaşlıq haqqında” Saziş hər iki ölkənin Baş Prokurorluqları arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsinə xidmət edir.
AzVision.az
Teqlər: Prokurorluq Rusiya







Vaxtında, Aydın, Lazımlı!


