Emin Hüseynov: "Qarabağda ən qabaqcıl texnologiyalar tətbiq etməliyik”

      Emin Hüseynov:    "Qarabağda ən qabaqcıl texnologiyalar tətbiq etməliyik”
  06 Dekabr 2021    Oxunub:1994
“Qarabağ münaqişəsi adi münaqişə, qələbə də adi qələbə deyil. Qarabağda olan dağıntılar tamamilə fərqlidir. Dağıntının miqyasını və total etnik təmizlənməni, bir şəhərin tamamilə yer üzündən silinməsini heç harda görməmişik, oxumamışıq".
AzVision.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib. O bildirib ki, Qarabağda 30 il ərzində aparılan dağıntının miqyası, həm də etnik təmizlənmə sırf məqsədli şəkildə həyata keçirilən vandalizm aktlarının nəticələridir:

“O bölgəyə səfər edən Ağdam sakinləri ilə aparılan söhbət zamanı 30 illik torpaq həsrətini onların gözündə hiss edirsən. Onlar yenidən doğma yurda ayaq basanda hazırdır ki, torpağa uzansın, suyundan içsin, elə də edir. Qarabağın dirçəldilməsinə, orada iqtisadiyyatının bərpasına borcluyuq. Orada ən qabaqcıl texnologiyalar tətbiq etməliyik”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Ağdam  



Xəbər lenti