- Nikola zərbə endirəcəklər. Paşinyan artıq sahiblərinə itaətsizlik etməyə və onlara təpik atmağa başlayıb. Bu səbəbdən də ona etibar etmirlər, Nikola artıq ehtiyac qalmayıb. Baş nazir anlayır ki, qarşıdakı mühüm sənədə (Azərbaycanla imzalanacaq sənəd-red.) imza atdıqdan sonra onu "vuracaqlar". Hətta imzalamasa belə, bu jesti onu xilas etməyəcək.
Bundan əlavə, Nikol bir çox sirləri bilir və bu sirlərin bəziləri ona aid deyil. O isə ağzı yırtıq qorxaqdır. Əgər onu döyməsələr belə, həbs olunarsa, heç kimə lazım olmayan bu sirləri şantaj üçün açmağa başlayacaq. Ona görə də ona ağzını açmağa icazə verilməyəcək.
Nikolu sıradan çıxarmaq hökuməti dəyişməyin ən asan yoludur. Paşinyandan sonra bütün "Arpiklər", "Ovikqazaryanlar" dərhal müxalifət blokuna qoşulacaqlar.
Baş nazirin cangüdəni onu ancaq daxili mafiyadan və müxalifətdən qoruya bilir. Onlar xarici xüsusi xidmət orqanlarına qarşı acizdirlər. Belə olan halda Nikol üçün çıxış yolu nədir? O 2008-ci ildən Ermənistandan qaçmağın gizli yollarını bilir. Qoy köhnə əlaqələrini bərpa edib qaçsın.
Tural Tağıyev
AzVision.az