Müharibədə ölən erməni döyüşçünün evi qarət edilib

Müharibədə ölən erməni döyüşçünün evi qarət edilib
  06 Dekabr 2021    Oxunub:629
İkinci Qarabağ müharibəsində ölmüş erməni döyüşçünün evi qarət edilib.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Cinayət bir neçə gün əvvəl Qeqarkunik rayonunun Ltsaşen kəndində baş verib. Oğrular yerli sakin Avetik Vadanyanın oğlu Vruyr Vardanyanın evinə daxil olaraq istilik üçün nəzərdə tutulan “Baksi” markalı istilik təchizetmə qazanı və akkumulyator aparıblar.

Məlumata görə, ev 44 günlük müharibdə ölmüş Qeqarkuniks vilayətinin sakini 24 yaşlı Vruyr Vardanyana məxsusdur. Oğurluq nəticəsində dəymiş ziyan təxminən 600 min dram təşkil edir.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti